Səfirin müraciəti

Əziz Xanımlar və Cənablar,

Sizi Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəsmi internet səhifəsində ürəkdən salamlayırıq.

İnternet səhifəmizdə BMT-nin Cenevrə bölməsi və BMT-nin digər qurumları çərçivəsində Respublikamızın çoxtərəfli fəaliyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanımızın tarixi və mədəniyyəti, Daimi Nümayəndəliyin gündəlik işi və digər məsələlər haqqında müxtəlif materiallar ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikası ilə Cenevrə şəhərində yerləşən BMT-nin insan hüquqları,  tərksilah, humanitar, iqtisadi və sosial məsələlər üzrə ixtisaslaşmış qurumları arasındakı münasibətlər Daimi Nümayəndəliyin xətti ilə Azərbaycan Hökumətinin davamlı səyləri sayəsində getdikcə daha da genişlənməkdədir. Azərbaycan Hökumətinin yüksək vəzifəli rəsmiləri tərəfindən müxtəlif BMT qurumlarının Cenevrədə keçirilən Nazirlər səviyyəli və digər tədbirlərinə səfərləri, BMT-nin Cenevrə bölməsi çərçivəsindəki mədəni tədbirlərdə mütəmadi iştirakımız Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında nüfuzunun və mövqeyinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.

Sizi internet səhifəmizdən istifadə etməyə, həmçinin mümkün sual və müraciətləriniz ilə əlaqədar bizimlə əlaqə saxlamağa dəvət edirik.

İnternet səhifəmizi ziyarət etdiyinizə görə təşəkkür edirik.

Vaqif Sadıqov

Fövqəladə və Səlahiyyətli Səfir,

Daimi Nümayəndə

Arxiv üzrə axtarış