Səfirin müraciəti

Hörmətli Oxuyucu,

Sizi Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəsmi vebsaytında salamlamaqdan məmnunluq duyuram.

Vebsaytda Azərbaycan Respublikasının qanunvericiliyi, dövlət siyasəti, tarixi, mədəniyyəti və regiondakı rolu haqqında məlumatlar yerləşdirilmişdir. Həmçinin, Azərbaycanın BMT çərçivəsində insan hüquqları, iqtisadiyyat, ticarət, humanitar və sosial məsələlər, parlamentlərarası ittifaq, silahlara nəzarət və tərksilah sahəsində fəaliyyəti ilə bağlı məqalələrlə tanış ola bilərsiniz. 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il 2 mart tarixində Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilmişdir. BMT-yə üzvlük Azərbaycanın beynəlxalq ictimayyətə qovuşması və BMT Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün əməkdaşlıq etmək imkanını yaratmışdır.

Sizi vebsaytımızda mövcud olan resurslarla tanış olmağa və hər hansı bir sualınız olduğu təqdirdə bizimlə əlaqə saxlamağa dəvət edirəm.

Vebsaytımızı ziyarət etdiyinizə görə təşəkkür edirəm!

 

Səfir Qalib İsrafilov

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi

Arxiv üzrə axtarış