2015-04-14

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Səfir Murad N. Nəcəfbəyli BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Michael Moller ilə görüşüb

4 aprel 2015-ci il tarixində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyası çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad N. Nəcəfbəyli BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Michael Moller ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası və BMT arasındakı münasibətlər müzakirə edilib və Azərbaycanın Cenevrədəki aktiv fəaliyyəti müsbət qiymətləndirilib. Görüşdə bir sıra digər məsələlərlə yanaşı, BMT-nin 2015-dən sonrakı İnkişaf Gündəliyi və İqlim Dəyişikliyi üzrə növbəti Zirvə Toplantısı fonunda iqtisadi, ətraf mühit, nəqliyyat və enerji məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hal-hazırda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası nümayəndə heyəti BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir. Xarici işlər nazirinin müavini yüksək səviyyəli panel çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının rolu və Azərbaycanın regiona töhfələri mövzusunda çıxış edib. 

Arxiv üzrə axtarış