2014-09-15

Cenevrədə “Les lumières obscures” (“Qaranlıq işıqlar”) adlı incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir

15 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin Avropa Şurasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi ilə birlikdə “Avropa kökləri” seriyası çərçivəsində təşkil etdiyi “Les lumières obscures” (“Qaranlıq işıqlar”) adlı incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir. 

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli və Avropa Şurasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Müşahidəçisi, Səfir Petru Dumitriu sərgini açıq elan edərək qonaqları salamlamış və sərginin Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə Sədrliyi çərçivəsində keçirildiyini vurğulamışlar.

Sərgidə ruhi cəhətdən əlilliyi olan Aleksandr Alpeyrienin əsərləri nümayiş etdirilir. Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə Sədrliyi çərçivəsində sənətkarın rəqəmsal incəsənət işlərinin çap olunmasına Daimi Nümayəndəlik tərəfindən dəstək göstərilmişdir.

Tədbirdə BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti, Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin Sədri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllim heyəti, habelə İsveçrədə yaşayan soydaşlarımız və Azərbaycanlı tələbələr iştirak etmişdir. 

Sərginin 26 sentyabr 2014-cü il tarixinədək davam etməsi nəzərdə tutulur.

Arxiv üzrə axtarış