2014-06-06

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Azərbaycana səfər etmişdir

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri 13-15 may 2014-cü il tarixində Azərbaycana səfər etmişdir. Qarri ölkəmizə səfəri çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür. Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd etmişdir. Dövlətimizin Başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulamışdır. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ölkəmizə səfəri çərçivəsində, Qarri həmçinin Nazirlər Kabinetində və Xarici İşlər Nazirliyində görüşlər keçirmişdir. Səfərin nəticəsi olaraq, Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüş olmuş və  qonağa Akademiyanın fəxri doktoru adı verilmişdir.

Arxiv üzrə axtarış