2014-05-29

“28 May - Respublika Günü” münasibətilə Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir.

28 may 2014-cü il tarixində Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən “28 May - Respublika Günü” münasibətilə Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir. 

Tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin Baş Direktoru M.Moller, Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları,  Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllim heyətləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və Azərbaycanlı tələbələr iştirak etmişlər. 

Rəsmi qəbul çərçivəsində, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunmuş, milli musiqi səsləndirilmiş, slaydşou və videoçarx yayımlanmış, tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilmişdir. Eyni zamanda, tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, habelə turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilmişdir.

Arxiv üzrə axtarış