2014-04-02

31 mart 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT-nin Uşaqlar Fondunun Cenevrə şəhərindəki Regional Ofisinin Direktoru xanım Mari-Pier Porye ilə görüşü keçirilmişdir.

31 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT-nin Uşaqlar Fondunun (UNICEF) Cenevrə şəhərindəki Regional Ofisinin Direktoru xanım Mari-Pier Porye ilə görüşü keçirilmişdir. Görüşdə, eyni zamanda, UNICEF-in Azərbaycan Respublikası üzrə Nümayəndəsi cənab Mark Herevard da iştirak etmişdir. Görüş zamanı Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi, habelə əlilliyi olan uşaqların sosial təminatları, qarşıda duran problemlər və onların aradan qaldırılması yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. UNICEF-in gələcəyinin formalaşdırıldığını bildirən xanım Porye bu xüsusda Azərbaycanla əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiklərini qeyd etmiş və qarşıda duran məqsədlər barədə məlumat vermişdir. S.Müslümov isə öz növbəsində Azərbaycanda son illər ərzində əldə edilmiş iqtisadi nailiyyətlər, habelə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, əlilliyi olan uşaqların problemlərinin aradan qaldırılması, onların sosial təminatlarının yüksəldilməsi istiqamətində Hökumət tərəfindən görülmüş işlər barədə məlumat vermişdir.

Arxiv üzrə axtarış