2013-05-07

Daimi Nümayəndəlik “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisində iştirak edir.

2013-cü ilin 6 may tarixində BMT-nin Cenevrə bölməsində - Millətlər Sarayında Avropa Şurasının təşkilatçılığı ilə “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində BMT-nin Cenevrə bölməsinin baş direktoru Kasım-Comart Tokayev çıxış etmişdir. Açılış mərasimində çıxış edən natiq digər iştirakçı ölkələr ilə yanaşı, Azərbaycanın Avropa Şurası tərəfindən təşkil olunan rəsm sərgisində iştirakının təqdirəlayiq hal olduğunu, ölkəmizin mədəni irsinin Avropa mədəniyyət və incəsənətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdir.

Avropa Şurasına üzv olan ölkələrdən olan rəssamlar tərəfindən çəkilmiş və müxtəlif şəhər görüntülərini özündə əks etdirən “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisində Azərbaycan rəssamları Elşən Sərkanoğlu və Gülarə Məcidovanın müvafiq olaraq “Səhərlə gecə arasında” və “İçərişəhərdə günorta” adlı rəsm əsərləri ilə təmsil olunur. BMT-nin Cenevrə bölməsindəki bu sərginin cari ilin 24 may tarixinə qədər davam etməsi nəzərdə tutulur.

Sərgidə Azərbaycanla yanaşı, Andorra, Avstriya, Kipr, Estoniya, Gürcüstan, Almaniya, İtaliya, Litva, Portuqaliya, Moldova, Rumıniya, Rusiya, Sloveniya və İsveçrə olmaqla Avropa Şurasının 15 üzv dövləti iştirak edir. 

Arxiv üzrə axtarış