news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyul 2014

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatında Azərbaycan öncül sıralardadır

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabat (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilmişdir. Sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılmışdır. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlarinsan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.

Ölkəmiz biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer almışdır.

Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti