news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyun 2014

Espoo Konvensiyasına Tərəflərin Görüşü Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Konvensiya üzrə öhdəliyini pozması barədə qərar qəbul etmişdir

2-5 iyun 2014-cü il tarixində Cenevrə şəhərində BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sına (Espoo Konvensiyası) Tərəflərin 6-cı Görüşü keçirilmişdir. 

Tədbirdə digər məsələlərlə yanaşı, Espoo Konvensiyası İmplementasiya Komitəsi çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Espoo Konvensiyası müddəalarının pozulması ilə bağlı Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına qarşı qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir.

Beləliklə, Espoo Konvensiyasına Tərəflərin Görüşü, yekun olaraq, Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğu qərarına gəlmiş və Konvensiyanın İmplementasiya Komitəsinə məsələnin nəzarətdə saxlanılması və aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat vermişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti