Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatında Azərbaycan öncül sıralardadır
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabat (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilmişdir. Sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılmışdır. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar; insan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.
Ölkəmiz biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer almışdır.
Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.