2014-01-27

Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 20-25 yanvar 2014-cü il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraedici Şurasının 134-cü sessiyasında iştirak etmişdir

Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 20-25 yanvar 2014-cü il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraedici Şurasının 134-cü sessiyasında iştirak etmişdir.

ÜST İcraedici Şurasının 134-cü sessiyası zamanı ÜST-nin islahat prosesi, səhiyyə sistemləri, həyatboyu sağlamlığın təşviqi, yoluxucu və qeyri-yoluxucu xəstəliklər, Beynəlxalq Səhiyyə Qaydalarının implementasiyası, idarəetmə, maliyyə, hüquq, kadr məsələləri və digər mövzular çərçivəsində 70-dən çox məsələ müzakirə olunmuş və 14 qətnamə qəbul edilmişdir.

Sessiya zamanı Azərbaycan Respublikası nümayəndə heyəti gündəlikdə duran bir sıra məsələlər üzrə çıxış etmişdir.

Sessiya çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Naziri O.Şirəliyevin ÜST-nin Baş direktoru Marqaret Çan, ÜST-nin regional direktorları, habelə digər dövlətlərin səhiyyə nazirləri və nazir müavinləri ilə ikitərəfli görüşləri keçirilmişdir.

Ümumi məlumat: İcraedici Şura ÜST-nin əsas orqanlarından biridir. İcraedici Şuranın əsas funksiyası Ümumdünya Səhiyyə Assambleyasının siyasəti və qərarlarını həyata keçirərək ümumilikdə Assambleyanın işinə yardım etməkdən ibarətdir.

İcraedici Şura səhiyyə sahəsi üzrə ixtisaslaşmış 34 üzvdən ibarətdir. Üzvlər üç il müddətinə seçilir. 29-30 may 2013-cü il tarixində keçirilmiş ÜST İcraedici Şurasının 133-cü sessiyası zamanı Azərbaycan Respublikası Səhiyyə Naziri O.Şirəliyev Şuranın vitse-sədri seçilmişdir.

Arxiv üzrə axtarış