2013-04-04

Daimi Nümayənədliyin fəaliyyəti nəticəsində ADİU-da Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzi təsis edilmişdir

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin apardığı fəaliyyət nəticəsində, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin yaradılması barədə razılıq əldə olunmuşdur. Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin əsas məqsədi, inkişaf etməkdə olan ölkələrdə yenilikçilərin yerli, yüksək-keyfiyyətli məlumatlara və aidiyyəti xidmətlərə çıxışlarının təmin olunmasından ibarətdir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi ilə 30 ölkədə Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri artıq yaradılmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin səmərəli fəaliyyətinin dəstəklənilməsi məqsədilə aşağıdakı xidmətlər göstərilir: müvafiq məlumat bazalarına, o cümlədən elm və texnologiya resurslarına çıxışın asanlaşdırılması; yerli istifadəçilərə təlimlərin keçilməsi; məlumat və təlim materiallarının təmin olunması; məlumatlılığın artırılması fəaliyyətlərinin dəstəklənilməsi; Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri arasında ən mükəmməl təcrübələrin yayılması.

Qeyd edilməlidir ki, Daimi Nümayəndəliyinin təşəbbüsü ilə bir müddət bundan öncə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası da yaradılmışdır. Depozitariya Kitabxanasının əsas məqsədi, üzv ölkələrə əqli mülkiyyət, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətləri və xidmətləri barədə məlumatların yayılmasının artırılmasından ibarədir.

Arxiv üzrə axtarış